Türkiyədə məktəblərin hansl tarixdə açılacağı məlum oldu

  • By admin
  • 03 May 2020 14:45

Türkiyədə koronavirus epidemiyası səbəbindən martın 16-dan bağlı olan məktəblər iyunun 1-də açılacaq.

Gununsesi.org xəbər verir ki, bu barədə Türkiyənin Təhsil naziri Ziya Səlcuq “CNN Türk”ə açıqlamasında deyib. O bildirib ki, ilk mərhələdə 8-ci və 12-ci sinif şagirdləri dərsə gedəcək. Həmin şagirdlər hər hansı imtahana girməyəcək, davamiyyət məcburiyyəti olmayacaq.

İyulun sonuna planlaşdırılan universitetlərə qəbul imtahanlarının vaxtının dəyişib-dəyişməyəcəyi ilə bağlı qərar Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən veriləcək.

 

 

Gununsesi.org