Türkiyədə koronavirusdan ölənlərin sayı 214 nəfərə çatdı

  • By admin
  • 31 Mart 2020 21:55

Türkiyədə daha 46 nəfər pandemiyanın qurbanı olub. 

Gununsesi.org xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca “Twitter” səhifəsində  yazıb.

Onun sözlərinə görə, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 214-ə çatıb.

Nazir həmçinin infeksiyaya yoluxanların sayının 2 704 nəfər artaraq 13 531 nəfərə yüksəldiyini, 243 nəfərin isə koronavirusdan sağaldığını vurğulayıb.

 

 

Gununsesi.org