Türkiyədə koronavirusdan ölənlərin sayı 108-ə çatdı

  • By admin
  • 28 Mart 2020 21:23

Türkiyədə koronavirusdan ölənlərin sayı 108-ə çatıb .

Gununsesi.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb. Nazirin sözlərinə görə, ötən sutka ərzində daha 16 nəfər koronavirusdan dünyasını dəyişib.

Bundan başqa, Türkiyədə koronavirusa yoluxanların sayında da artım olub. Sutka ərzində 1 705 nəfərdə koronavirus aşkarlanıb. Bununla da aktiv xəstələrin sayı 7 402-yə çatıb.

 

 

 

Gununsesi.org