Türkiyədə koronavirusa yoluxanların sayı 150 mini ötüb - STATİSTİKA

  • By admin
  • 18 May 2020 21:23

Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 150 593 nəfərə çatıb.

Gununsesi.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, son gündə koronavirusdan 31 nəfər ölüb. Bununla da koronavirus qurbanlarının sayı 4 171 nəfərə çatıb.

Ölkədə daha 1 158 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Son gündə 1 615 nəfər sağalıb. Bununla da sağalan xəstələrin sayı 111 577 nəfərə çatıb.

Son sutka ərzində koronavirusla bağlı 25 141 test aparılıb.

Gununsesi.org