Türkiyədə koronavirus hüquq-mühafizə işçiləri arasında sürətlə yayılır

  • By admin
  • 28 Mart 2020 10:19

Türkiyədə koronavirus sürətlə yayılmaqda davam edir.

Gununsesi.org Sondakika.com-a istinadən xəbər verir ki, ölkədə artıq 15 polis işçisi virusa yoluxub.

Onlardan ikisi polis rəisidir.

Koronavirusa yoluxan polislərin 10-u İstanbul, digərləri isə Sakarya, İzmir, Samsun və Rizədə xidmət edənlərdir.

Öskürək, hərarət və halsızlıqla xəstəxanaya çatdırılan hüquq-mühafizə işçilərinin vəziyyətlərinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, Türkiyədə 5698 nəfərin koronavirusa yoluxduğu qeyd edilir.

Gununsesi.org