Türkiyədə deputat deputatın ayağını dişləyib – İstintaq başladı + Foto

  • By admin
  • 18 Yanvar 2017 21:15

587f8dc40f2544ac3c5fc390

 

Bir müddət öncə Türkiyə Böyük Millət Məclisinin (TBMM) plenar iclasında Konstitusiyaya dəyişikliklər layihəsi müzakirə edilərkən CHP-li və AKP-li millət vəkilləri arasında baş vermiş davada hakim partiyadan olan deputat Məhəmməd Balta ayağını həmkarlarından birinin dişlədiyini iddia etmişdi.

Gununsesi.info-nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, millət vəkilinin şikayətindən sonra bu gün Ankara Cumhuriyyət Baş Prokurorluğunda hadisə ilə əlaqədar istintaq işi başlayıb.

Qeyd olunur ki, M. Balta ifadəsində ayağını kimin dişlədiyini bilmədiyini deyib.

 

Gununsesi.info