Türkiyədə daha 48 nəfər ölüb pandemiya qurbanı oldu - STATİSTİKA

  • By admin
  • 15 May 2020 21:02

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 48 nəfər ölüb.

Gununsesi.org-un xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 38565 şübhəli koronavirus testindən keçib, onlardan 1708-nin  cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4055 nəfər ölüb, 146457 nəfər bu infeksiyaya yoluxub, 106133 nəfəri isə müalicə olunub.

Bu gün 2103 xəstə evə buraxılıb.

 

 

 

Gununsesi.org