Türkiyədə daha 22 nəfər koronavirusdan vəfat etdi

  • By admin
  • 02 İyun 2020 22:17

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 22 nəfər ölüb.

Gununsesi.org xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 32325 şübhəli koronavirus testindən keçib, onlardan 786-nın  cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4585 nəfər ölüb, 165555 nəfər bu infeksiyaya yoluxub, 129921 əfəri isə müalicə olunub.

Bu gün 974 xəstə evə buraxılıb.

 

 

Gununsesi.org