Türkiyədə CHP-nin qurultayının vaxtı açıqlanıb

  • By admin
  • 09 İyul 2020 22:55

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultayının vaxtı məlum olub.

Gununsesi.org-un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, CHP sədri Kamal Kılıçdaroğlunun 24 siyasi partiyanın liderlərinə ünvanladığı məktubda bildirilib ki, partiyanın 37-ci qurultayı 25-26 iyul tarixlərində keçiriləcək.

Məktubda vurğulanıb ki, Səhiyyə Nazirliyi tərəfindən qurultayın keçirilməsinə icazə verilib.

“COVID-19-a görə açıq havada və tamaşaçısız keçirmək məcburiyyətində qaldığımız qurultayımıza sizləri dəvət edə bilmədiyimiz üçün təəssüflənirik”, – deyə, məktubda qeyd olunub.

Xatırladaq ki, 28-29 mart tarixlərində keçirilməsi planlaşdırılan qurultay COVID-19 pandemiyasına görə təxirə salınıb.

 

 

Gununsesi.org