Türkiyədə bu gecədən bütün məkanlar bağlanır

  • By admin
  • 16 Mart 2020 21:12

Türkiyə Daxili İşlər Nazirliyi 81 əyalət valisinə “Koronavirus tədbirləri” başlıqlı əlavə sənəd yollayıb.

Gununsesiaz.info “Hürriyet”ə istinadən xəbər verir ki, sənədə əsasən, bu gecə saat 00:00-dan etibarən bütün teatr, kino, sərgi mərkəzləri, retoran, kafe, qəlyan məkanları, internet klublar, müxtəlif oyun salonları, idman zalları, ticarət mərkəzləri, hovuzlar, sauna, masaj salonları, SPA mərkəzləri bağlanacaq. İnsanların kütləvi toplandığı bütün tədbirlər, iclaslar ləğv olunacaq.

Toy, yas mərasimləri təxirə salınacaq.

 

 

Gununsesiaz.info