Türkiyədə bir polis şəhid düşdü

  • By admin
  • 30 May 2020 20:21

Türkiyənin Diyarbəkir vilayətində Bağlar rayonunda bir polis şəhid olub.

Gununsesi.org xəbər verir ki, rayon mərkəzində polisin “dayan” əmrinə tabe olmayan silahlı şəxs ona atəş açıb.

Nəticədə yaralanan polis xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.org