“Türkiyədə baş verən olayların arxasında Amerika dayanır” - Ayətullah Seyyid Əli Xameneyi

  • By admin
  • 02 Avqust 2016 10:46

seyyid

 

İran ali dini lideri Ayətullah Seyyid Əli Xameneyi Türkiyədə baş verən olayların arxasında Amerika dayandığnı bəyan edib.

Gununsesi.info “Fars” xəbər agentliyinə istinadən xəbər verir ki, İranın paytaxtı Tehranda təşkil olunan tədbirdə çıxış edən Ayətullah Seyyid Əli Xameneyi söyləyib ki, əgər çevrilişə cəhdin üstü açılsa, bu Amerika üçün böyük bir rəzalət olacaq. İran ali dini lideri daha sonra əlavə edib ki, hazırda Amerika Türkiyədə İslam hərəkatının güclənməsindən çox narahatdır və bu səbəbdən də Vaşiqton çevrilişə cəhd göstərdi.

ANAR

Gununsesi.info