Türkiyədə DƏHŞƏT: Prezidentin köməkçisi uçqun altında qaldı, çox sayda ölü və yaralı var (FOTOLAR)

  • By admin
  • 05 Fevral 2020 15:50

Türkiyənin Van şəhərinin Bahçesaray rayonunda qar uçqunu olub.

Gununsesi.org Türkiyə mediasına isitnadən xəbər verir ki, uçqun sərnişin avtobusunun üstünə düşüb. İçərisində 10-15 sərnişinin olduğu avtobusun uçqundan çıxarılması işləri davam etdirilir. Qar altından artıq 5 nəfər sərnişin çıxarılaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerində xilasetmə işlərinə texnika ilə yanaşı yerli sakinlər də cəlb olunub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Gülşən Orxan hadisə yerinə gedib. İkinci uçqun nəticəsində baş müşavir də qarın altında qalıb. O, yaralı vəziyyətdə xilas edilib və xəstəxanaya yerləşdirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan Daxili İşlər naziri Süleyman Soyluya zəng edərək vəziyyətlə bağlı ən son məlumatları alıb.

Qarın yağmağa davam etməsi və görmə məsafəsinin azalması axtarış işlərini çətinləşdirir.




 

Gununsesi.org