Türkiyədə 50 bərbər koronavirus səbəbi ilə karantinə alındı

  • By admin
  • 19 May 2020 20:23
Koronavirusda normallaşma addımları çərçivəsində bərbərxanaların açılma qərarından sonra 50 bərbər koronavirus səbəbi ilə karantinə alınıb. 
Gununsesi.org xəbər verir ki, Türkiyənin Kütahya şəhərində bərbərxanalardakı vəziyyəti yoxlayan həkimlərdən birinin koronavirus testi müsbət çıxıb. Bundan sonra həmin ərazidəki bərbərlər karantinə alınarkən, 50 bərəbər salonu yenidən bağlanılıb.
100 bərbər salonu fəaliyyət göstərən Dovşanlı rayonunda koronavirus testi müsbət çıxan həkimin 50-yə qədər bərbər salonlarında olduğu bildirilib. Bundan sonra 50 bərbər və çalışanlar 14 günlük ev karantininə alınıb.
Gununsesi.org