Türkiyədə əhalinin sayı 83 milyonu keçdi

  • By admin
  • 05 Fevral 2020 11:35

2019-cu ildə Türkiyə əhalisinin sayı 83 milyon 154 min 997 nəfər olub. Bu rəqəm öncəki il ilə müqayisədə 1 milyon 151 min 115 nəfər artıb.

Gununsesi.org-un məlumatına görə, bu barədə Türkiyənin Statistika Komitəsi Məlumat yayıb.

Məlumata əsasən, ölkədə ən çox əhalisi olan şəhər İstanbuldur. Bu meqapolisdə yaşayanların sayı 2018-ci ilə nisbətən 451 min 543 nəfər artaraq 15 milyon 519 min 267 nəfər təşkil edib.

Statistik göstəricilərə görə, ölkədə əhalinin 50,2 faizini kişilər, 49,8 faizini isə qadınlar təşkil edir.

Ölkədə yaşayan xarici vətəndaşların sayı ötən ilə nisbətən 320 min 146 nəfər artaraq 1 milyon 531 min 180 nəfər olub.

Gununsesi.org