Türkiyə yığmasının keçmiş qapıçısı koronavirusa yoluxub

  • By admin
  • 29 Mart 2020 10:32

Türkiyənin futbol üzrə yığmasının və “Fənərbağça” klubunun keçmiş qapıçısı Rüştü Rəcbər koronavirusa yoluxub.

Gununsesi.org xəbər verir ki, bu barədə sabiq futbolçunun xanımı Işıl Rəcbər özünün “İnstagram”dakı səhifəsində bildirib.

O, 46 yaşlı keçmiş futbolçunun koronavirus testinin nəticələrinin müsbət olduğunu deyib.

“Sizlərə həqiqəti ən şəffaf şəkildə paylaşmaq istəyərkən daha gözəl xəbərlər vermək istərdim, fəqət üzülərək həyat yoldaşım Rüştünü COVID-19 diaqnozu ilə xəstəxanaya yatırırıq”, – deyə Işıl Rəcbər sosial şəbəkədə yazıb.

O, bildirib ki, daha əvvəl hər şey qaydasında olub, lakin ailə virusun gizli əlamətləri ilə şoka düşüb. Qadının sözlərinə görə özünün, oğlunun və qızının koronavirus testləri mənfi, ərinin analizləri isə müsbət çıxıb.

 

 

 

Gununsesi.org