Türkiyə Super Liqasının başlanacağı tarix açıqlandı – Azarkeşlərə müjdə

  • By admin
  • 28 May 2020 18:03

Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyəti Superliqanın taleyi ilə bağlı son qərarını verib.

Gununsesi.org “Report”a istinadən xəbər verir ki, mövsüm daha öncə açıqlanan tarixdə – iyunun 12-də bərpa olunacaq.

Federasiya kubok oyunlarının vaxtını çempionatın təqviminə əsasən müəyyənləşdirəcək.

Qeyd edək ki, Türkiyə Super Liqası mart ayında koronavirus pandemiyasına görə dayandırılıb.

Gununsesi.org