Türkiyə Super Liqasında ilk - Klub prezidenti qadın ola bilər

  • By admin
  • 22 Noyabr 2019 19:25

Noyabrın 30-da Türkiyə Super Liqasında çıxış edən “Kayserispor”da prezident seçkiləri keçiriləcək.

Gununsesi.org xəbər verir ki, prezidentlik uğrunda mübarizəyə Berna Gözbaşı da qoşulacaq.

3 ildir komandada işləyən Gözbaşı seçilərsə, Super Liqada ilk qadın prezident olacaq.

“Şəhərimizin ən dəyərli markası olan “Kayserispor”u olduğu yerdən daha yaxşı yerlərə gətirmək üçün mübarizə aparacam. Bu mübarizədə tək olmayacağımı bilirəm. Şəhərimizin böyüklərindən və mətbuatdan dəstək gözləyirəm”, – deyə Berna açıqlamasında bildirib.

 

Gununsesi.org