Türkiyə sahillərində zəlzələ olub

  • By admin
  • 27 Oktyabr 2019 09:20

Türkiyə sahillərində 3,6 bal gücündə zəlzələ baş verib.

Gununsesi.org-un məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 04.59-da Aralıq dənizində qeydə alınıb.

Zəlzələ ən çox Muğla vilayətində hiss edilib.

Mümkün dağıntı və tələfat barədə məlumat verilməyib.

 

Gununsesi.org