Türkiyə Rusiyadan “S-400” kompleksləri almağı planlaşdırır

  • By admin
  • 15 Mart 2017 07:28

S-400 raket kompleksi

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan ötən həftə Moskvada keçirdiyi görüş zamanı “S-400” komplekslərinin Ankaraya tədarükünün mümkünlüyünü müzakirə ediblər.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, Rusiya müdafiə naziri Sergey Şoyqu “İzvestiya”ya açıqlamasına  məlumatı təsdiqləyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, “tərəflər maraqlıdırlar və danışıqları davam etdirəcəklər”.

Qeyd edək ki, Putin-Ərdoğan danışıqları Moskvada martın 10-da keçirilib.

Gununsesi.info