Türkiyə parlamentinə giriş məhdludlaşdırıldı

  • By admin
  • 13 Mart 2020 11:05

Türkiyə Böyük Millət Məclisinə giriş məhdudlaşdırılıb.

Gununsesi.org bildirir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, Türkiyə parlamentinə 13-31 mart tarixlərində ziyarətçi qəbul edilməməsi barədə qərar verilib.

Xatırladaq ki, Türkiyə hökuməti koronavirusa görə turizm mövsümünün başlanğıcını mart ayından aprel ayının sonuna qədər təxirə salıb.

Bundan başqa, məktəblərdə martın 16-dan 30-dək tətil elan edilib.

Cons Hopkins Universitetinin açıqladığı son məlumatlara görə, dünyada koronavirusa 127,8 mindən çox insan yoluxub. Bunlardan 4718 nəfəri ölüb, 68 mindən çoxu isə sağalıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib.

Gununsesi.org