Türkiyə ordusu İraqın şimalında əməliyyat keçirdi — 500-dən çox hədəf məhv edildi

  • By admin
  • 18 İyun 2020 15:59

Türkiyə silahlı qüvvələrinin “Pençe-Kaplan” adlı hərbi əməliyyatda 36 saat ərzində çox sayda terrorçu zərərsizləşdirilib.

Gununsesi.org “Sözcü”yə istinadla xəbər verir ki, Türkiyə silahlı qüvvələri İraqın şimalında keçirdiyi hərbi əməliyyatda 500-dən çox terror hədəfi vurulub. Gecə saatlarında həyata keçirilən əməliyyatı Türkiyənin Müdafiə nazirinin görüntülü olaraq izlədiyi məlum olub. 36 saat davam edən əməliyyatda silahlı pilotsuz təyyarələr və F-16-lar iştirak edib.

Gununsesi.org