“Neftçi” rəhbərliyinin bəyənmədiyi futbolçu “Qalatasaray”da – “Ağ-qaralar” məyus durumda

  • By admin
  • 06 Fevral 2020 13:23

Bir neçə gün əvvəl Türkiyənin “Qalatasaray” klubu nigeriyalı hücumçu Jesse Sekidikanı transfer edib.

Gununsesi.org “Yeni Sabah”-a istinadla xəbər verir ki, qardaş ölkənin “Milliyet” nəşri bu futbolçudan yazarkən Bakının “Neftçi” klubundan da bəhs edib.

Bildirilib ki, 23 yaşlı futbolçu 2019-cu ilin yanvarında “Neftçi”də də baxışda olub. Lakin “ağ-qaralar”ın keçmiş  italiyalı çalışdırıcısı Roberto Bordin forvardın çıxışını bəyənmədiyinə görə onu göndərib.

“Neftçi”nin düşərgəsindən ayrıldıqdan sonra Sekidika birinci liqa təmsilçisi “Eskişehirspor”a keçib. O, meydana çıxdığı 29 matçda 14 qola imza atıb. Lakin pulunu vaxtında ala bilməyən futbolçu klubdan ayrılıb.

Mənbədə qeyd olunub ki, “Neftçi” rəhbərliyi Sekidikanı transfer etmədiklərinə görə, sonradan peşman olub və “Biz Sekidikada nə görmədik? “Qalatasaray” kimi klub onu transfer edərkən axı, biz onda  nəyi bəyənmədik?” deyiblər.

 

 

Gununsesi.org