Türkiyə klubunun 6 futbolçusu koronavirusa yoluxdu

  • By admin
  • 28 May 2020 20:56

Türkiyənin “Yeni Malatyaspor” klubunun 6 üzvü koronavirusa yoluxub.

Gununsesi.org yerli mətbuata istinadən xəbər verir ki, bu barədə klubun mətbuat katibi Hakkı Çelikel məlumat verib.

Onun sözlərinə görə, koronavirus diaqnozu qoyulan 6 nəfərdən 5-i futbolçudur.

Qeyd edək ki, mart ayında koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Super Liqası iyunun 12-də bərpa olunmalıdır.

 

 

Gununsesi.org