Türkiyə ilə Avropa Birliyi arasında viza problemi dərinləşir

  • By admin
  • 15 Mart 2017 11:33

VİZA
“Avropa Birliyi tərəfindən Türk vətəndaşlarına azad viza sistemi tətbiq edilməməsi halında, Türkiyə ilə Avropa Birliyi (AB) arasındakı köç razılaşması ləğv edilə bilər”.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu keçirdiyi mətbuat konfransında bildirib.

M. Çavuşoğlunun sözlərinə görə, Avropa Birliyi azad viza məsələsində Türkiyəni yola verir: “Amma bizim də səbrimiz sərhədsiz deyil. Bu məsələdə vətəndaşlarımızın da gözləntiləri var. Əgər Türk vətəndaşlarına azad viza sistemi tətbiq edilməzsə, o zaman köç razılaşması ilə əlaqədar lazımi addımlar atacaq. Çünki razılaşmanın əsas məğzi bu idi: Köçkünlər geri qəbul edilir, bunun qarşılığında isə Türk vətəndaşlarına azad viza sistemi tətbiq edilir. Biz bu günədək köç razılaşmasıni müddəalarını sonunadək əməl etdik. Avropa Birliyi viza məsələsində Türkiyəni yola verir, biz də lazım olanları edəcəyik” – deyə, o, bildirib.

Anar
Gununsesi.info