Türkiyədə iki ailə arasında dava düşdü, 5 nəfər öldü

Türkiyədə iki ailə arasında dava düşdü, 5 nəfər öldü

Türkiyənin Ərzurum vilayətinin Çat rayonunun Kösələr kəndində iki ailə arasında silahlı insident baş verib.
Gununsesi.org “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə zamanı 5 nəfər ölüb, 4 nəfər yaralanıb. Münaqişəni törədən 2 nəfər isə hadisə yerindən qaçıb.
Məlumata görə, qız qaçırtma səbəbindən araları gərgin olan Günəş və Yıldız ailələri torpaq məsələsi üzündən mübahisə ediblər. Mübahisə daha sonra silahlı davaya çevrilib. İ.Y. və B.Y-nın açdıqları atəş nəticəsində bir ailədən 4 nəfər – Sıddık, Həsən, Baki, Sinan Günəş və Sıracettin Yıldız dünyasını dəyişib.
Hazırda polis hadisəni törədənlərin saxlanılması istiqamətində işlər aparır.
Gununsesi.org

COMMENTS