Türk Traktor klubunun sahibi: 3 dəfə çempionluğumuza mane olunub

  • By admin
  • 31 May 2020 20:52

İran Azərbaycanının populyar Traktor klubunun sahibi Məhəmmədrza Zunuzi İranın futbol federasiyası tərəfindən 3 dəfə Traktor klubunun çempion olmasına maneə törədildiyini bildirib.

Məhəmmədrza Zunuzi Radio Cavanla danışıqda super liqanın matçlarının başladılmasına qarşı olduğunu vurğulayaraq, matçların başladılmasını istəyənləri bir sıra rəsmilərin uşaqları olduğunu və onların matçların ertədən başlanmasında maddi mənfəətləri olduğunu da iddia edib.

Daha öncə Zunuzi İran televiziyasında ölkənin futbolunda mütəşəkkil korrupsiya və ayrı-seçkilik olduğunu irəli sürmüşdü.

“Komandalar asılıdırlar və həmin komandaların müdirləri bir söz danışsalar həmən onları dəyişdirirlər. İcazə veriniz mən həqiqəti söyləyim. Komandaların xərclərini klublar qəbul edir, amma gəliri bir məxsus insanların cibinə gedir. Bir sıra rəsmilərin uşaqları başqa insanların adına bəzi şirkətlər açıblar, amma biz bilirik ki həmin şirkətlər bir sıra hökumət rəsmilərinin uşaqlarına aiddir və onlar beləcə pul əldə edirlər” – deyə, Traktor klubunun sahibi deyib.

Koronavirus böhranına baxmayaraq, İran rəsmilərinin övladlarına bağlı şirkətlərin maddi çıxarları üçün futbol super liqasının matçlarının başlamasını tələb etdiklərini irəli sürən Zunuzi deyib ki, İran Futbol Federasiyası liqanı ləğv edərkən ölkədə 400 virusa yoluxma halı vardı, ancaq indi rəsmi statistikalara görə hər gün 3 min nəfərdə virusa yoluxma halı aşkarlanır və bu vəziyyətdə futbol federasiyası liqanı dərhal başlatmaq istəyir.”

Azərbaycan Traktor komandası İran super liqasının 3-cü yerini tutur. Zunuzi sizin komandanız sırada birinci yeri alsaydı yenə də matçların başladılmasına qarşı çıxardınızmı? sualına cavab verib. “Bizim üçün futbolçuların canı əhəmiyyət daşıyır, bizim və azarkeşlərimiz üçün maddi dəyəri olan kubokların dəyəri yoxdur, üç dəfə çempionat kuboku fərqli səbəb və hiylələr ilə bu komandadan alınıb, biz və azarkeşlərimiz bunu unutmadıq və heç bir zaman da unutmayacağıq.”

O, bu durumda matçların başlanmasının futbolçuları təhlükəyə atacağını vurğulayıb.

Son zamanlar Təbriz futbol komandalarının futbolçularında koronavirusa yoluxma halları aşkarlandığı xəbəri yayımlandı. Traktor komandasında 4 və Maşinsai komandasında isə 6 futbolçuda virusa yoluxma halı təsdiqləndiyi bildirilmişdi.

Gununsesi.org