“Türk ədalətinə olan inancım tamdır” – MÜBARİZ MƏNSİMOV HƏBSDƏN ƏRDOĞANA SƏSLƏNDİ (VİDEO)

  • By admin
  • 18 İyun 2020 11:18

Türkiyədə həbsdə olan tanınmış azərbaycanlı xeyriyyəçi Mübariz Mənsimov növbəti dəfə məhbəsdən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana səslənib. Mənsimov FETÖ Terror Təşkilatı ilə heç bir bağlantısının olmadığını bildirərək Türkiyə prezidentindən azadlığa buraxılması üçün kömək istəyib.

 

Gununsesi.org həmin müraciəti təqdim edir:

 

3 ay bundan əvvəl "Fətullahçı Terror Təşkilatına üzv olmaq" ittiham ilə həbs olunan azərbaycanlı iş adamı, Palmali Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun istintaq işi bu gün məhkəməyə göndərilib. Məhkəmə sentyabrın 15-ə təyin edilib. Cinayət işinin təfərrüatları açıqlanmasa da əldə etdiyimiz məlumatlara görə, Mənsimovun işçiləri və tərəfdaşlıq etdiyi şirkətlərin vəzifəli nümayəndələrindən onun əleyhinə ifadələr alınıb. Onun ittihamlar üzrə 7,5 ildən 15 ilədək həbs cəzası gözləyir. Mübariz Mənsimov özü FETÖ ilə əlaqələrini qəti şəkildə rədd edir və ittihamları qəbul etmir. Bununla əlaqədar olaraq o Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğana məktub göndərib. Onun videoyazısını sizə təqdim edirəm. Buyurun 3 dəqiqə vaxt ayırın, izləyin. Arzum budur ki, tezliklə Mübariz bəyə haqq etdiyi azadlıq nəsib olsun!#FreeMubarizMansimov

Publicerat av Qubad Ibadoğlu Onsdag 17 juni 2020

Gununsesi.org