Transfer hesabatı: “Çelsi” klubu ən yaxşı göstəriciyə malikdir

  • By admin
  • 10 Fevral 2020 21:04

Beynəlxalq Futbol Tədqiqatları Mərkəzi (CIES Football Observatory) klubların son iki “transfer pəncərəsi” üçün balans hesabatını yayımlayıb.

Gununsesi.org qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu dövr üçün ən yaxşı göstərici İngiltərənin “Çelsi” klubuna məxsusdur. Son iki “transfer pəncərəsi”ndə 16 futbolçusunu ümumilikdə 250 milyon avroya satan London təmsilçisi heyətinə cəmi bir oyunçu qatıb. Ötən ilin yayında İspaniyanın “Real Madrid” klubundan Mateo Kovaçiçi birdəfəlik transfer edən “zadəganlar” bu keçid üçün 45 milyon avro xərcləyib. Bu isə o deməkdir ki, “Çelsi” geridə qalan 2 transfer dönəmində 205 milyon avro gəlir əldə edib.

İngiltərə klubundan sonra ikinci sırada 166 milyonluq qazancla Portuqaliya təmsilçisi “Benfika” qərarlaşıb. İlk “üçlüy”ü Niderland “Ayaks”ı tamamlayır – 137 milyon avro.

İlk “onluq” isə aşağıdakı kimidir:

1. “Çelsi” (İngiltərə) – 205 milyon avro

2. “Benfika” (Portuqaliya) – 166 milyon avro

3. “Ayaks” (Niderland) – 137 milyon avro

4. “Sportinq” (Portuqaliya) – 92 milyon avro

5. “Zalsburq” (Avstriya) – 75 milyon avro

6. “Lill” (Fransa) – 69 milyon avro

7. “Hoffenhaym” (Almaniya) – 69 milyon avro

8. “Sampdoriya” (İtaliya) – 57 milyon avro

9. PSV (Niderland) – 56 milyon avro

 

 

Gununsesi.org