Trampın prezident postunda dediyi yalanların sayı HESABLANDI

  • By admin
  • 13 İyul 2020 17:34

ABŞ Prezidenti Donald Tramp 2017-ci ilin yanvarında vəzifəyə keçəndən iyulun 9-a  qədər olan müddətdə faktlara zidd olan 20 055 ictimai rəy bildirib.

Gununsesi.org xəbər verir ki, bu barədə “Washington Post” yazır.

Nəşrin məlumatına əsasən, həqiqətə zidd olan bu bəyanatlar impiçment, koronavirus pandemiyası, afroamerikalı Corc Floydun ölümü ilə bağlı hadisələr də daxil olmaqla, müxtəlif daxili və beynəlxalq mövzuları əhatə edib.

ABŞ Prezidenti çox vaxt müasir Amerika iqtisadiyyatının bütün tarixi boyu olduğundan ən yaxşı durumda olduğunu deməklə yalan danışıb.
 
Bundan savayı, Tramp mütəmadi olaraq Meksika ilə sərhəddə divar tikildiyini və Amerika tarixində vergilərin ən aşağı səviyyəyə endirildiyini deyib ki, bu da həqiqətə uyğun deyil. 

Gununsesi.org