Tramp: “Marsa enməyimizə və ən əzəmətli silahı yaratmağımıza az qaldı”

  • By admin
  • 31 May 2020 15:31
Gununsesi.org xəbər verir ki, Florida ştatında NASA işçiləri qarşısında çıxış edən dövlət başçısı, amerikalı astronavtların Marsa endiyi günün uzaqda olmadığını deyib.
Onun sözlərinə görə, ABŞ Amerika astronavtlarını Amerika raketindən və Amerika ərazisindən göndərməklə digər ölkələrdən “kosmik asılılıq” dövrünə son qoya bilib:
“Bizim əvvəlki rəhbərlərimiz bizi kosmonavtlarımızın kosmosa göndərilməsinin digər ölkələrdən asılı olduğu bir vəziyyətə gətirdilər. Artıq bu asılılığa son qoyuldu”.
Tramp ABŞ-ın “tarixdə ən əzəmətli” yeni və inanılmaz silah növləri əldə etməyə yaxın olduğunu da vurğulayıb:
“Mən artıq prototipləri görmüşəm və deyim ki, bu, çox inanılmaz bir şeydir”.
Xatırladaq ki, NASA astronavtı Bob Benken və Daq Herli ilə birlikdə uçduğu “Crew Dragon” gəmisi SpaceX kompaniyasının Falcon-9 raketindən istifadə edərək orbitə göndərilib. ISS ilə birləşmə bazar gününə planlaşdırılır.

Gununsesi.org