Tramp ilk dəfə Hindistana getdi – DÜNYANIN GÜNDƏMİ OLACAQLAR

  • By admin
  • 24 Fevral 2020 14:07

ABŞ Prezidenti Donald Tramp Hindistana ilk dəfə rəsmi səfər edib.

Tramp Hindistana getməzdən öncə qeyd edib ki, bu, uzun bir səfər olacaq: “Hindistan xalqının yanında olmaq üçün səbrsizlənirəm. Biz milyonlarla insanın görüşünə gələcəyik.Mənim Baş Nazirlə çox yaxşı münasibətim var, o, mənim dostumdur”.

Ziyarət zamanı ticari məsələlər çox güman müzakirə olunmayacaq.

Qeyd edək ki, ABŞ Hindistanın ən böyük ticarət partnyorlarından biridir. İki dövlət arasındakı qarşılıqlı ticarət dövriyyəsi 142 milyard dollar təşkil edir.

Ölkələr arasında  siyasi və strateji əlaqələrə baxmayaraq, ticarət məsələri ilə bağlı gərginlik yaşanmaqdadır. Belə ki, ABŞ  2019-cu ilin iyununda bəzi hind məhsullarının ABŞ-a vergisiz idxalını təmin edən imtiyazlı ticarət statusunu ləğv edib.

Bu hadisə isə iki ölkə arasında diplomatik gərginliyə səbəb olub. Bundan sonra Hindistan da 28 ABŞ məhsuluna cavab tarifləri tətbiq edib.