Tramp: “HİV-ə yoluxan hər yeddi amerikalının bundan xəbəri yoxdur”

  • By admin
  • 28 İyun 2020 16:27
ABŞ-ın təxminən 1,2 milyon sakini qazanılmış immun çatışmazlığı virusu (HİV) daşıyır və onların bundan xəbərləri yoxdur.
Bununla bağlı Ağ Ev tərəfindən HİV üzrə Milli test günü ilə bağlı yayılan rəsmi bəyanatda deyilir.
Ölkə rəhbəri Birləşmiş Ştatlarda HİV-QİÇS epidemiyası hallarının 1980-ci illərdən bu yana 80 % azaldığını, lakin demək olar hər il 40 min amerikalıda bu virusun peyda olduğunu xatırladıb:
“Bunun əsas səbəbi vaxtında diaqnoz qoyulmaması və insanların müayinədən keçməməsidir. Bu rəqəmlər onu göstərir ki, biz ABŞ-ın HİV-in yayılmasına əngəlləyən elmi yenilikləri və yaradıcılıq potensiyalından daha səmərəli şəkildə istifadə etməliyik”,-deyə sənəddə bildirilir.
Donald Tramp  HİV virusuna qarşı administrasiyanın bu il Konqresdən 716 milyon dollar pul ayırmasını xahiş etdiyini xatırladaraq, həmin vəsaitin bu virusla yaşayan insanların müalicəsi, müdafiəsi və qayğısına xərclənəcəyini qeyd edib.
Bu ilin iyun ayında D.Tramp QİÇS-dən qorumağa imkan verən yeni vaksinin adını çəkərək amerikalı alimlərin ilin sonuna qədər koronavirusa qarşı da əlac tapacağını söyləmişdi. ABŞ mediası isə prezidentin nəzərdə tutduğu dərmanın olduqca bahalı və yalnız həkim nəzarəti altında istifadə edilməyə yararlı olduğunu yazmışdı.
Gununsesi.org