Tramp Con Boltonu səriştəsiz və yalançı adlandırıb

  • By admin
  • 22 İyun 2020 19:07

ABŞ Prezidenti Donald Tramp Senatda dəstəklənməyən Con Boltona şans verdiyini açıqlayıb.

Gununsesi.org xəbər verir ki, bu barədə D. Tramp “Twitter”də bildirib.

“Mən həmişə fərqli fikirləri dinləməyi xoşlayıram. Daha sonra onun (Con Bolton-red) çox səriştəsiz və yalançı olduğu meydana çıxdı. Hakim rəyinə baxın!”, – deyə ABŞ Prezidenti qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri C. Boltonun memuarından hissələr dərc edilib. Bu memuarda D. Trampla bağlı ziddiyyətli məqamlar yer alıb.

 

 

Gununsesi.org