Tramp Çin lideri ilə çoxdandır danışmır

  • By admin
  • 04 İyun 2020 15:18

ABŞ Prezidenti Donald Tramp Çinin sədri Si Szinpinlə danışıqları çoxdan kəsib.

Gununsesi.org “RİA Novosti”yə xəbər verir ki, bunu Donald Tramp “Newsmax” telekanalına müsahibəsində açıqlayıb.

O, Çinin COVID-19 pandemiyasının yayılmasında məsuliyyət daşıdığını vurğulayaraq deyib: “Onlar başlanğıc mərhələdə virusun yayılmasının qarşısını almalı idi”.

Bununla belə, ABŞ prezidenti Çin lideri Ci Szinpinə qarşı fərdi sanksiya tətbiq edilməsi məsələsinə baxılmadığını bildirib.

Onun sözlərinə görə, ABŞ-ın sanksiyası səbəbindən son 67 ildə Çin iqtisadiyyatı ötən il ən pis vəziyyətdə olub : “Bununla belə, müxtəlif ölkələr tarixən dünyanın ən güclü dövlətlərindən biri olan Çinlə ticarət müqavilələri bağlamaya bilib”.