TQDK 17 abituriyentdən üzr istədi - Test tapşırığında səhvə yol verilib

  • By admin
  • 03 Avqust 2016 11:52

TQDK

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) qəbul imtahanlarının nəticələri ilə əlaqədar narazı abituriyentlərin şikayəti əsasında yaradılmış Apellyasiya Komissiyası əldə edilən nəticəylə bağlı açıqlama verib.

Gununsesi.info TQDK-ya istinadən xbər verir ki, iyulun 23-də ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında A və C variantlarında coğrafiya fənni üzrə istifadə edilən 75 saylı test tapşırığı açıq tipli olduğundan uyğunluğun müəyyən edilməsi tələb edilir. Məlmatda bildirilir ki, test tapşırığı elmi-metodiki baxımdan doğrudur. Çünki ümumtəhsil məktəblərində istifadədə olunan VIII sinif “Coğrafiya” dərsliklərinə əsaslanıb. Qəbul imtahanında yüksək bal toplamış və bu tapşırığı cavablandırmış 17 abituriyent test tapşırığının həllində IX sinif dərsliyi ilə VIII sinif dərslikləri arasındakı incə bir fərqi də dərindən təhlil edərək, bununla bağlı Apellyasiya Komissiyasına müraciət ediblər. Komissiya tərəfindən bu məsələ araşdırılıb və müraciət edənlərin xeyrinə həll edilib. Belə ki, komissiya müəyyənləşdirib ki, test tapşırığı açıq tiplidir və Apellyasiya Komissiyasının qərarı yalnız ona düzgün cavab vermiş abituriyentlərə şamil olunur.

Gülnaz Qənbərli

Gununsesi.info