Aşıq Əlinin qohum qətlə yetirildi - FOTO

  • By admin
  • 05 Dekabr 2016 09:20

qobustan

Qobustan rayonunda toy mərasimi zamanı bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə rayonun Duvannı qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə keçirilən toy zamanı 1979-cu il təvəllüdlü Kərimov Fəxri Kamal oğlu mərasimə dəvət olunan Nemətov Vüsal Ağa oğlu tərəfindən bıçaqlanıb. Ağır yaralanan F.Kərimov Mərkəzi Klinikaya yerləşdirilib və orada dünyasını dəyişib.

Qeyd edək ki, F.Kərimov Aşıq Əlinin (Tapdıqoğlu) yaxın qohumudur.

Faktla bağlı Qobustan Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

asiq

Gununsesi.info