Tovuzda məktəbli dərs vaxtı sinif yoldaşı tərəfindən bıçaqlanıb

  • By admin
  • 21 Fevral 2020 21:57

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.az.info-nun APA-ya istinadən məlumatına görə, hadisə rayonun Dönük Qırıxlı kənd tam orta məktəbində qeydə alınıb.

Məktəbin 10-cu sinif şagirdi 2003-cü il təvəllüldü Qarayev Rəvan Pərviz oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdilib. Məktəbli dərhal əməliyyat edilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Q.Rəvanın valideynləri bildiriblər ki, onların övladını məktəb yoldaşı dərs vaxtı bıçaqlayıb.

Hadisə ilə bağlı araşdırma başlanıb.

 

 

Gununsesi.az.info