Tovuzda dağ uçqunu – Foto

  • By admin
  • 04 Noyabr 2016 23:11

tovuz-qaya-ucgun-041116-2

 

Yağış Tovuzda dağ uçqununa səbəb olub.

Gununsesi.info ARB TV-yə istinadən xəbər verir ki, aramsız yağışlar nəticəsində rayonun Qoşa kəndi ərazisində iri qaya parçaları yola tökülüb.

Nəticədə Tovuzdan Böyük Qışlaq və Qoşa kəndlərinə gedən avtomobillərin hərəkətində müəyyən ləngimələr yaranıb. Aidiyyatı qurumlar məlumatlandırılıb. İri daşlar yoldan təmizlənib.

Hadisədən bir neçə saat sonra Tovuz-Böyük Qışlaq avtomobil yolunda hərəkət bərpa edilib.

 

Gununsesi.info