Tovuzda avtomobilin vurduğu uşaq öldü

  • By admin
  • 22 İyun 2020 13:28

Daxili İşlər Nazirliyi Tovuzda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Gununsesi.org-a verilən məlumata görə, iyunun 19-da saat 19 radələrində Tovuz rayonunun Cəlilli kəndi ərazisində Ağstafa rayon sakini R.Nağıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini 9 yaşlı Həsən Quliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş azyaşlı iyunun 20-də orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.org