Toronto əhalisi üç ay təcrid rejimində qala bilər

  • By admin
  • 02 Aprel 2020 09:59

Kanadanın ən iri meqapolisi olan Torontonun əhalisi koronavirus pandemiyası ilə bağlı daha üç ay təcrid vəziyyətində qala bilər.

Gununsesi.org “CTV” telekanalına istinadən xəbər verir ki, bunu şəhərin baş həkimi Eylin De Villa qeyd edib.

Onun sözlərinə görə, üç milyonluq əhaliyə malik olan Torontoda 628 nəfər koronavirusa yoluxub. Bu göstərici iki həftə ərzində 500% artıb.

Bütün Ontario əyalətində isə 2,4 min yoluxma halı təsbit edilib, 37 nəfər isə koronavirusun qurbanı olub.

Gununsesi.org