Tokio olimpiadasının yeni tarixi məlum oldu

  • By admin
  • 29 Mart 2020 10:58

Koronavirus pandemiyası üzündən təxirə salınmış Tokio Yay Olimpiya Oyunlarının açılış mərasimi 23 iyul 2021-ci ildə olacaq. 

Gununsesi.org-un “New York Times” nəşrinə istinadən verdiyi məlumata görə, bununla bağlı rəsmi qərar bu gün açıqlanacaq.

Beynəlxalq Olimpiya Komitəsi (IOC) martın 29-da keçirəcəyi təcili görüşündə Tokio olimpiadasının yeni tarixini elan etmək niyyətindədir. Oyunların bağlanışı isə gələn il avqustun 8-də gerçəkləşəcək.

2021-ci il üçün idman təqviminin tərtib olunması zamanı müəyyən çətinliklərin ortaya çıxacağı gözlənilir. Bununla belə, olimpiadanın builki tarixə bənzər günlərdə təşkilinə qərar verilib. Səbəblərdən biri kimi 1 milyard dollar ödəyərək, yayım hüququna yiyələnmiş “NBC Universal” üçün göstərilən tarixin ən yaxşı vaxt olduğu göstərilib.

Qeyd edək ki, təxirə salınmış Tokio-2020 Yay Olimpiya Oyunları 24 iyul – 9 avqustda keçirilməli idi.

 

 

 

Gununsesi.org