Tibb işçilərinin maaşlarına əlavə edilməlidir – Deputat Musa Quliyev

  • By admin
  • 17 Mart 2020 14:01

Azərbaycanda tibb işçilərinin maaşlarına əlavə edilməlidir.

Gununsesi.org-un məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. O bildirib ki, Azərbaycanda koronavirusla əlaqədar həkimlər güclü rejimdə işləyir.

“Buna görə də, həkimlərin maaşları ya artırılmalı, ya da maaşlara əlavələr edilməlidir. Digər tərəfdən isə onlara mükafatlar da verilə bilər”,-deyə M.Quliyev əlavə edib.

Gununsesi.org