Tibb bacısı bikinidə xəstələri müayinə etdi və cəzalandırıldı

  • By admin
  • 20 May 2020 14:29

Rusiyanın Tula şəhərində bir tibb bacısının bikini və şəffaf qoruyucu geyim geyinərək xəstələri müalicə etməsi gündəm mövzusu olub.

Gununsesi.org rus mətbuatına istinadən xəbər verir ki, xüsusi qoruyucu geyim geyinməyərək həm xəstələrin, həm də özünün sağlamlığını riskə atdığı üçün tibb bacısına töhmət cəzası verilib.

Adı açıqlanmayan tibb bacısı çox çətin şəraitdə çalışdıqlarını və isti havada uzun müddət xüsusi geyimdə işləyə bilmədiyi üçün bikini geyindiyini açıqlayıb. Xəstəxana rəhbərliyi isə geyim qaydalarına əməl olunmasına artıq daha ciddi şəkildə nəzarət ediləcəyini bildirib.

Gununsesi.org