Test cavabı neqativ çıxdı, 8 saat sonra öldü

  • By admin
  • 05 Aprel 2020 21:40
Rusiyanın Perm şəhərində yaşayan 36 yaşlı jurnalist Anastasiya Petrova koronavirusdan ölüb.
Gununsesi.org xəbər verir ki, jurnalist martın 23-də öskürək və qızdırma şikayəti ilə xəstəxanaya gedib. Koronavirus testi etdirib və cavabı pozitiv çıxıb. 1 həftə xəstəxanada müalicə alan Anastasiyanın səhhəti düzəlib. Martın 27-də etdirdiyi testin cavabı neqativ çıxıb. O, həmin gün yenidən test etdirib, bu dəfə isə cavab pozitiv olub. Bu səbəbdən jurnalistin anası və övladlarına da koronavirus testi ediblər və hamısında cavab neqativ çıxıb.
Təkrar qızdırması qalxan Anastasiya 8 saat sonra vəfat edib. O, Rusiyada koronavirusdan ölən ən gənc qurban adlandırılıb.
Gununsesi.org