“Tesla” elektropikapının qiyməti məlum oldu

  • By admin
  • 09 Noyabr 2019 22:03

“Tesla”nın yeni məhsulu olan elektropikapın qiyməti 50 min dollar olacaq.

Gununsesi.org-un “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə “CNN” telekanalı noyabrın 21-də Los-Ancelesdə avtomobilin təqdimatı ilə əlaqədar olaraq xəbər verib.

Daha əvvəl “Twitter”də “Tesla” şirkətinin rəhbəri İlon Mask, “Cybertruck” adlandırdığı avtomobilin təqdimat mərasiminin raket istehsal edilən “SpaceX” şirkətinin müəssisələrindən birinin yaxınlığında keçiriləcəyini elan edib.

 

Gununsesi.org