“Televiziya sədrləri Azərbaycan dilini bilmir” – Qulu Məhərrəmli

  • By admin
  • 07 Noyabr 2019 17:37

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli İTV-də yayımlanan “3D” verilişində qonaq olub.

Gununsesi.org xəbər verir ki, televiziya sahəsindəki çatışmazlıqlardan danışan Q.Məhərrəmli bəzi kanal rəhbərlərinin Azərbaycan dili qüsurlarının olduğunu bildirib:

“Televiziyada dil məsələləri ilə bağlı iclas keçirilirdi. Televiziya sədrləri oturmuşdu. Yeddi nəfərdən beşi Azərbaycan dilini bilmir. Bunlar necə nəzarət edəcək? Onlarla hansı dil siyasətini həyata keçirmək olar? Bu sünilikdən əl çəkmək lazımdır”.