“Telefon zəngini qəbul edə bilmərəm…” - TRAMP

  • By admin
  • 03 Dekabr 2016 08:00

tramp

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Tayvan administrasiyasının rəhbəri Tsay İnven ilə apardığı telefon danışığından yazıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə D.Tramp özünün “Tvitter” səhifəsində yazıb.

“Bu gün Tayvan prezidenti xanım İnven zəng edərək qələbə  münasibəti ilə məni təbrik etdi. Təşəkkür edirəm!”-deyə, Tramp qeyd edib.

“The New York Times” qəzetinin məlumatına görə Donald Tramp Tayvan administrasiyasının rəhbəri ilə telefon danışığını Ağ Evlə razılaşdırmayıb.

“Bu, rəsmi Vaşinqtonla Pekin arasında münasibətlərə xələl gətirə bilər”, qəzetə Obama administrasiyasındakı mənbə bildirib. Qəzet xatırladır ki, 1979-cu ildən etibarən ABŞ-ın fəaliyyətdə olan və yaxud yeni seçilən prezidenti Tayvan rəhbərləri ilə ünsiyyət qurmayıb.

Buna cavab olaraq D.Tramp “Tvitterdə” yazıb: “Çox maraqlıdır. ABŞ Tayvana milyardlarla dollar məbləğində hərbi texnika satır. Mən isə telefon zəngini qəbul edə bilmərəm”.

CNN telekanalının xəbərinə görə, rəsmi Pekin adıçəkilən telefon danışığı ilə əlaqədar artıq Ağ Evlə əlaqə saxlayıb.

Gununsesi.info