Tanınmış model də qəzaya düşən təyyarədə olub - FOTO

  • By admin
  • 22 May 2020 22:59
Bu gün Pakistanın Kəraçi hava limanı yaxınlığında qəzaya uğramış təyyarədə tanınmış model Zara Abid də olub.
Gununsesi.org xarici mediaya istinadən xəbər verir ki, əvvəlcə təyyarədə olan 107 nəfərin hamısının dünyasını dəyişdiyi bildirilsə də, daha sonra ölənlərin sayının 35 nəfər olduğu açıqlanıb. Zara da ölənlər arasındadır.
Xatırladaq ki, Lahor-Kəraçi reysini yerinə yetirən laynerdə 99 sərnişin, 8 heyət üzvü olub. A-320 təyyarəsi evlərin üstünə düşüb. Nəticədə 5-6 ev də dağılıb. Uçqun altından 20 nəfər xilas edilib.
Gununsesi.org