Tanınmış jurnalist koronavirusa yoluxdu – Ağciyərlərimin hər iki payında buzlu şüşə aşkarlandı

  • By admin
  • 22 İyun 2020 16:57

Tanınmış jurnalist koronavirusa yoluxub.

Gununsesi.org  bildirir ki, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev sosial şəbəkə hesabında koronavirusla mübarizə aparan xəstələr sırasına daxil olduğunu qeyd edib.

Jurnalistin qeydinə görə, onun ailə üzvlərində də bu virus aşkarlanıb.

Onun müalicəsi Neftçilər xəstəxanasında davam etdirilir.

“Əziz dostlar! Koronavirus infeksiyası ilə mübarizə aparan xəstələrin sırasına mən və ailə üzvlərim də qoşuldu. Kompüter tomoqrafiyası ilə aparılan müayinələr ağciyərlərimin hər iki payında buzlu şüşə aşkarladı. Müalicə “Neftçilər” xəstəxanasında davam etdirilir. Çətinliklərə və ağrılara baxmayaraq, nikbinik. Tezliklə virusla mübarizəni qazanıb, normal həyata qayıdacağımıza inanırıq. Özünüzü qoruyun!”, – statusda qeyd edilib.

Allah şəfa versin!

Gununsesi.org